Əsas məzmuna keç

“Üçüncü dünya müharibəsi başlayır, kiçik ölkələr təhlükə altındadır!”

“Artıq üçüncü dünya müharibəsi başlayır. Onun əsas əlamətləri təkcə Ukraynada və Yaxın Şərqdə gedən müharibələr deyil, həm də daha aydın olanı mövcud beynəlxalq nizamın qaydalara əsaslanan sonunun qoyulmasıdır”.

Tezadlar.az xəbər verir ki, bu sözləri həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında qeyd edib. Saakaşvili deyib: “Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib. Hüququ güc müəyyən edir ki, bu da dünyada çoxsaylı əsaslandırılmış hərbi münaqişələrə səbəb olacaq. Bu yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi təhlükə yaradır və qlobal iqtisadiyyata ciddi zərbə vurur. Çin artıq bu yeni dünyanın bir hissəsinə çevrilib və yaxın aylarda daha da fəallaşacaq. ABŞ öz mövqeyini yenidən nəzərdən keçirməli olacaq, çünki dünya cəhənnəmə gedərkən, o, sakit dayana bilməz”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…