ABŞ prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Respublikaçının kürəkəni Jared Kuşner İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşüb, Vaşinqtonun Qəzza zolağında münaqişənin həlli planını müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 8-də danışıqlardan əvvəl Trampın ilk prezidentlik dövründə baş məsləhətçisi olmuş Uitkoff və Kuşner ABŞ açıq tennis çempionatının final oyununda Ağ Ev rəhbəri ilə görüşüblər. Nəşrin mənbələri bildiriblər ki, son həftələrdə Kuşner Fələstin anklavında münaqişənin həlli üçün təkliflər irəli sürməkdə daha əhəmiyyətli rol oynamağa başlayıb. Onların sözlərinə görə, Amerika lideri kürəkəninin müharibə bitdikdən sonra Qəzzanı inkişaf etdirmək təşəbbüslərini yüksək qiymətləndirib.
Vaşinqtonun daha əvvəl İsrailə və Fələstinin radikal HƏMAS hərəkatına göndərdiyi yeni təklifi dərhal atəşkəs müqabilində bütün israilli girovların azad edilməsini, bundan sonra tərəflərin yekun nizamlanma üzrə danışıqlara başlayacağını nəzərdə tutur.
“Axios” mənbələrinin bildirdiyinə görə, Amerika planında İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılması, lakin anklavda yeni hakimiyyət orqanlarının təhlükəsizliyi təmin edə bilməsi şərti ilə bənd daxildir. İsrail bu bəndə müsbət cavab verib, lakin HƏMAS liderləri İsrail dövlətinin onun geniş şərhindən yararlanacağından və hərbi mövcudluğunu davam etdirəcəyindən qorxaraq buna qarşı çıxırlar.
E.ŞİRİNOV

