Əsas məzmuna keç

UKRAYNA İLƏ HƏMSƏRHƏD BÖLGƏDƏ PARTLAYIŞ BAŞ VERİB: 3 NƏFƏR ÖLÜB

Belqorod vilayətində keçmiş mədəniyyət evinin binasında baş verən sursatın partlaması zamanı 3 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətindən bildirib.

Məlumata görə, hadisə Koroçanski rayonunda baş verib. İlkin olaraq 13 nəfər yaralanıb. Hələlik baş verənlərlə bağlı başqa məlumat yoxdur.

Belqorod yaxınlığında baş verən partlayış bu gün, yanvarın 15-də məlum olub. Kənd mədəniyyət evinin içərisində yanğın sursatların işə salınmasına səbəb olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…