Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Volodimir Zelenski “arı pətəyinə çöp uzadıb”: ölkəsinin Türkiyədə keçiriləcək NATO sammitində iştirak edəcəyini təsdiqləyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, dövlət başçısı bunu Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib. Prezidentin sözlərinə görə, iştirakın formatı və nümayəndə heyəti ilə bağlı detallar hələlik açıqlanmayıb. Sammitin 7–8 iyul tarixlərində keçirilməsi planlaşdırılır.
Rusiya mediası yenidən haray- həşir qoparıb. Xüsusən də Solovyovun səsi efirdə yenidən eşidilməkdədir: “Qarşısı alınmalıdır…”.
Sitatın sonu.
A.Məmmədli