Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyun 2022 / 05:45

UKRAYNA ORDUSU XERSONDA VƏ XARKOVDA BÖYÜK UĞURLAR QAZANIB

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson vilayətlərində uğurlarını qeyd edib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Zelenski xalqa növbəti müraciətində deyib. Sitat: “Xerson istiqamətində müəyyən uğurlar, eləcə də Xarkov vilayətində irəliləyiş vardır. Ukrayna silahlı qüvvələri Zaporojye vilayətində işğalçıların təzyiqlərinin qarşısını alıb. Əsas istiqamət Gulyaipole və Orekhovodur. Yaşasın Ukrayna!”

Zelenski vurğulayıb ki, Ukrayna hərbçiləri “Rusiya ordusunun texnika və say baxımından hələ də əhəmiyyətli üstünlüyə malik olmasına baxmayaraq, cəbhə xəttində vəziyyətin hakimi olaraq qalır. Biz haqq tərəfik, dünya bizi dəstəkləyir.”.
Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı iki gün əvvəl məlumat verib ki, Ukrayna qoşunları düşməni Xerson vilayətinin Nikolaevka qəsəbəsindən geri çəkilməyə məcbur edib. Mayın 29-da isə Xarkov OVA-nın sədri Zelenskiyə bildirib ki, hazırda region ərazisinin 31%-i müvəqqəti işğal olunub, lakin artıq 5%-i rus işğalçılarından azad edilib, əks-hücumlar davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!