18 May 2026 / 19:29

Ukrayna rəsmisi Azərbaycanın İrpenə dəstəyini yüksək qiymətləndirdi

Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba Azərbaycanın Ukraynanın İrpen şəhərinin infrastrukturunun bərpasına verdiyi töhfəni yüksək qiymətləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kuleba Bakıda WUF13 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Kulebanın sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında yaşayış məntəqələrinin bərpası sahəsində məhsuldar əməkdaşlıq formalaşıb.

“Bizim Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var. Burada bizimlə həmçinin İrpen nümayəndəsi – İrpen şəhər şurasının katibi Anjela Makeyeva da var. Azərbaycan bizə İrpendəki bəzi obyektləri bərpa etməyə kömək edir və bizim üçün burada olmaq və bu məsələləri hökumətlərin nümayəndələri ilə birgə müzakirə etmək simvolik məna daşıyır”, – Ukraynanın baş nazirinin müavini qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!