Əsas məzmuna keç

Ukrayna Rusiya aerodromuna zərbə endirdiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda bir neçə Su-57 qırıcısının və Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulduğunu bəyan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegram-da məlumat verib.

Məlumatda qeyd olunur ki, aviasiyanın vurulması Rusiyanın Ukrayna ərazisindəki mülki obyektlərə zərbə endirmə imkanlarının azaldılması tədbirlərinin bir hissəsidir.

“2026-cı il aprelin 25-də Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin döyüşçüləri tərəfindən bir neçə Su-57 qırıcısı və Su-34 qırıcı-bombardmançı təyyarəsi vurulub”, – bəyanatda deyilir.

Zərərin miqyası hazırda dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında həmçinin qeyd ediblər ki, hədəflər dövlət sərhədindən təxminən 1700 km məsafədə yerləşirdi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…