Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya radioelektron mübarizə vasitələrinin Ukrayna dronlarının istiqamətini qəsdən dəyişdirmiş ola biləcəyini istisna etməyib.
Tezadlar.az ın məlumatına görə, A.Sibiqa bu sözləri Latviyanın hava məkanında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentə münasibət bildirərkən bildirib.
Nazir latviyalı həmkarı Bayba Braje ilə telefon danışığının yekunları üzrə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “əgər bunların Rusiyanın radioelektron mübarizə sistemləri tərəfindən qəsdən istiqamətindən çıxarılaraq Latviya istiqamətinə yönəldilmiş Ukrayna dronları olduğu təsdiqlənərsə, üzrxahlıq bildirəcəyik”.
“Əminliklə demək olar ki, Ukrayna heç vaxt Latviya istiqamətinə heç bir dron göndərməyib”, – A.Sibiqa yazıb.
O, həmçinin qeyd edib ki, Kiyev artıq üç Baltik dövlətindən – Estoniya, Latviya və Litvadan, eləcə də Finlandiyadan – Rusiyanın radioelektron mübarizə sistemlərinin Ukrayna dronlarını yönləndirməsi nəticəsində yaranan qəsdən olmayan insidentlərə görə üzr istəyib.