Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (DTX) “Sea Baby” dəniz dronları Qara dənizdə Rusiyanın gizli neft daşıyan “Dashan” tankerini vurub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasına daxil olaraq “Novorossiysk” liman terminalına doğru hərəkət edib. Tanker maksimum sürətlə irəliləyib və transponderi söndürülmüş vəziyyətdə olub. Hücum nəticəsində gəmi ciddi zədələnib. Yayımlanan görüntülərdə tankerın arxa hissəsində güclü partlayışlar müşahidə olunur. İlkin məlumata əsasən, gəmi sıradan çıxarılıb. Əməliyyat SBU-nun Hərbi Əks-Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib.
Rusiyanın rəsmi mənbələri hələki bu barədə açıqlama yaymayıb.
A.Məmmədli