Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrdə yeni xüsusi komandanlığın yaradılması haqqında fərman imzalayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında videomüraciətində bildirib. Prezidentin sözlərinə görə, yeni komandanlıq Rusiyanın hərbi potensialına uzaqmənzilli zərbələr endirilməsi istiqamətində fəaliyyət göstərəcək və bu məqsəd üçün mövcud bütün resursları cəmləşdirəcək. Zelenski Ukraynanın Hücum Qoşunlarında islahatların aparılacağını açıqlayıb. O bildirib ki, şəxsi heyətlə bağlı problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək və komandanlıq səviyyəsində də dəyişikliklər ediləcək.
Prezident eyni zamanda Birləşmiş Çevik Reaksiya Qüvvələrinin yaradıldığını elan edib. Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin yeni qoşun növü olacaq. Yeni struktur hücum qoşunlarını pilotsuz sistemlər, artilleriya və digər döyüş vasitələri ilə birləşdirərək cəbhədə operativ reaksiyanı gücləndirməyi hədəfləyir.