Bu gün Ukrayna Rusiyanın “kölgə donanması”na aid 11 gəmini vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, gün ərzində 5 neft tankeri, 1 qaz daşıyan tanker, 3 quru yük gəmisi və 2 yedək gəmisi hədəfə alınıb. Qurumun məlumatına əsasən, hücumlar Qara və Azov dənizlərində aparılıb. Ukrayna tərəfi bildirib ki, iyulun 6-dan 16-dək davam edən “MoLoÇKa” əməliyyatı çərçivəsində ümumilikdə Rusiyanın “kölgə donanması”na aid 147 gəmi vurulub. Onlardan 117-si Azov dənizində, 30-u Qara dənizdə hədəfə alınıb.
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub






