Əsas məzmuna keç

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla hücum edib-DƏHŞƏTLİ YANĞIN

Ukrayna ötən gecə Rusiyanın Krasnodar bölgəsində yerləşən Yeysk limanına hücum edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, dronlar vasitəsilə edilən hücumda azı bir gəmiyə ziyan dəyib. Hücumların limanda genişmiqyaslı yanğına səbəb olduğu bildirilib. Rusiya isə ötən gecə ərzində əsas hədəflər Kiyev və Odessa olmaqla Ukrayna ərazisinə hücumlar təşkil edib. Ukraynaya endirilən zərbələrdə “Banderol” tipli PUA-lardan, eləcə də “İskəndər-M” tipli raketlərdən istifadə olunub. Ümumilikdə, 50-dən çox nöqtəyə zərbələr endirilib. Kiyevdə dəmiryoluna ballistik raketlə edilən hücumda isə bir nəfər ölüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…