Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2022 / 07:55

UKRAYNA SLOVAKİYADAN “ZUZANNA-2” ALACAQ- MÜQAVİLƏ İMZALANDI

Ukrayna və Slovakiya səkkiz “Zuzana 2” özüyeriyən haubitsasının tədarükünə dair müqavilə imzalayıb.

Tezadlar.az “European Pravda”ə istinadla xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı “Twitter” səhifəsində yazıb.Sitat: “Mən şadam ki, Ukrayna üçün “Zuzana 2” haubitsaları üçün müqavilə imzalanıb – səkkiz ədəd Ukraynaya çatdırılacaq”.

“Təzadlar” xatırladır ki, Slovakiya prezidenti Zuzana Çaputova Ukraynaya səfər edib, çərşənbə axşamı rus qoşunları tərəfindən dağıdılmış İrpen və Borodiankaya baş çəkib. Prezident Aparatının rəhbərinin müavini Andrey Sibiqa bildirib ki, Çaputova Kiyevdə prezident Vladimir Zelenski ilə də görüşüb. “Zuzana Zuzanları təsdiqlədi” – Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovanın Kiyevə səfəri məhz bu şüar altında keçirilir. “Zuzanalar” da Slovakiyanın 155 mm-lik özüyeriyən silahlarıdır. 

Bu isə o deməkdir ki, Ukrayna-Rusiya cəbhəsinə yeni döyüş manevrləri daxil ediləcək. Artıq Böyük Britaniya və ABŞ da Ukraynaya uzaqmənzilli raket komplekslərini tədarük etməyi qərarlaşdırıb…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!