Əsas məzmuna keç

Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silah sistemlərinin istehsalı sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən danışıqlardan sonra yayımlanan Aİ3 liderlərinin birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, liderlər Ukrayna Silahlı Qüvvələrinin gələcək dayanıqlığının təmin edilməsi məqsədilə raketdən müdafiə vasitələri və uzaqmənzilli silah sistemlərinin birgə hazırlanmasının vacibliyini vurğulayıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın