13 İyun 2026 / 07:59

Ukrayna və Moldovanın Aİ-yə yolu açılır- üzv ölkələr danışıqlara başlayır!

Nəhayət, Avropa İttifaqı iyunun 15-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinə rəsmi şəkildə başlayacaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen öz “X” hesabında məlumat verib. Bu gün Avropa İttifaqı mühüm bir addım atdı. Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterinin açılmasına razılıq verdilər”, – diplomat yazıb.

Qeyd edək ki, danışıqların başlanması həmin ölkələrin dərhal Aİ-yə qəbul olunacağı anlamına gəlmir. Üzvlük prosesi uzunmüddətli islahatlar və bütün üzv dövlətlərin yekdil razılığı tələb edən mərhələlərdən ibarətdir.

Xatırladaq ki, neçə gün əvvəl Putin Ukrayna ilə müharibəyə əsas səbəb kimi Ukraynanın Aİ- yə can atmasının qarşısının alınmasını göstərmişdi…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!