Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Mart 2022 / 07:38

UKRAYNA YENİ “BAYRAKTAR” PUA-LARI ALDI

Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb.

“Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Bu yardımı edən ölkələrin sayı da artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur.

Artıq Ukraynaya yeni “Bayraktar”lar gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”, – deyə nazir bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!