Cəsusluq bütün zamanlarda olub və olacaq. Lakin hər bir dövlət bu cəsusluqdan özünü qorumağa hazır olmalıdır. Xüsusən də müharibə şəraitində… Elə buna görə də “Rusiya xüsusi xidmət orqanlarının və digərlərinin ölkəmizə diqqəti daim dəyişir. Təxribatlar təşkil edirlər. Başa düşürük ki, demarkasiya xəttində və cəbhə xəttində dəqiq fəaliyyət göstərən fəal diversiya qrupları var.”, -deyən Ukrayna Milli Polisinin Baş cinayət axtarış departamentinin rəisi, polis generalı Vadim Dzyubinskin mediaya maraqlı açıqlama verərək bu barədə danışıb. Sitat: “Onlarla hərbçilər və polis məşğul olur. Hər şey ofislərdə şkaflarının yandırılması ilə başladı. Əvvəlcə təxribat bu bu əməllərə qarşı yönəldildi. Sonradan onlar hərbi maşınları, eləcə də Müdafiə Qüvvələrinə aid maşınları yandırmağa başladılar. Əslində, yeni təxribat növü partlayıcı qurğuların quraşdırılması və həm hərbi komissarlıqların inzibati binalarını partlatmağa cəhd, həm də polis bölmələrinin yaxınlığında bu partlayıcı qurğuların işə salınmasıdır. Ötən il 7 belə hadisə baş verib və onların hamısının üstü açılıb. Bütün cinayətkarlar saxlanılıb və bu diversantlarla Rusiya Federasiyasının xüsusi xidmət orqanları arasında əlaqə də təsdiqlənib. Polis kaloborasiya (müxtəlif diversiya əməli törədənlər) fəaliyyətilə məşğul olan 2968 nəfəri saxlayıb”.
Təbii ki, Ukraynanın da Rusiyada bəlli məqsədlə cəcus şəbəkəsi vardır. Axı müharibədən əvvəl Rusiya və Ukrayna vətəndaşları faktiki olaraq “Eyni millət, iki dövlət” formatında bir ailə kimi idi…
A.Məmmədli