Əsas məzmuna keç

UKRAYNADA CƏBHƏDƏ SERB MUZDLULARI PEYDA OLDU: BELQRAD REAKSİYA VERDİ

Serbiyanın hüquq-mühafizə orqanları və hərbi idarələri serb muzdlularının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı ilə bağlı məlumatları yoxlayır.

Tezadlar.az xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Miloş Vuçeviç “Azadlıq” radiosunun Serbiya redaksiyasına şərhində deyib.

“Ölkəmizə tamamilə aydındır ki, Serbiya vətəndaşlarının digər ölkələrdəki bütün münaqişələrdə iştirakı qadağandır və bu, hüquqi nəticələrə gətirib çıxarır”, – o deyib.

Vuçeviç qeyd edib ki, rəsmi Belqrad Ukraynada və dünyanın digər regionlarında müharibənin nizamlanmasının tərəfdarıdır. Hərbi nazir həmçinin “vətənpərvərlik müsbət yükü” olan serbləri Serbiya ordusunun sıralarında döyüş potensialını nümayiş etdirməyə çağırıb.

Bu şərh sosial şəbəkələrdə serb muzdlularının Zaporojye vilayətinin işğal olunmuş ərazisinə gəlməsi ilə bağlı foto və videolar da daxil olmaqla sosial şəbəkələrdə dərc olunandan sonra verilib. Bildirildiyi kimi, serblər Pavel Sudoplatov batalyonunun tərkibində Ukraynaya qarşı döyüşəcəklər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…