Əsas məzmuna keç

Ukraynada korrupsiya istintaqı: Keçmiş məmur həbs oluna bilər

Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu məhkəmədən Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın 180 milyon qrivna (4,1 milyon dollar) məbləğində girovun ödənilməsi alternativi ilə həbs olunmasını tələb edəcək.

Tezadlar.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prokurorluğun rəhbəri Aleksandr Klimenko bildirib.

“Prokurorluq 180 milyon qrivna məbləğində girovun ödənilməsi alternativi ilə həbs qətimkan tədbirinin seçilməsini xahiş edəcək”, – Klimenko Kiyevdə keçirilən brifinqdə deyib.

Milli Antikorrupsiya Bürosunun direktoru Semyon Krivonos isə vurğulayıb ki, ilkin istintaq həyata keçirilməsi vacib olan bir sıra istintaq tədbirlərindən – axtarışlar, dindirilmələr, ekspertizalardan asılıdır. “Bu cinayət icraatında biz ekspertlərə mümkün təzyiq səbəbindən ekspertizanın aparılmasında problemlərlə üzləşdik”, – o qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…