Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiyanın Ternopola hücumu nəticəsində ən azı 9 nəfər ölüb, yaralılar var. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib. Onun sözlərinə görə, Rusiya ötən gecə Ukraynaya 470-dən çox dron və 48 raketlə hücum edib. “Ternopolda 9 mərtəbəli yaşayış binasına zərbə endirilib. Zərbə yanğına səbəb olub. Dağıntılar altında qalanlar ola bilər. 9 nəfər həyatını itirib. Xarkova hücumda isə onlarla xəsarət alan var. İvano-Frankovs regionunda enerji infrastrukturumuza edilən hücumda 3 nəfər yaralanıb, onların ikisi uşaqdır” Zelenski qeyd edib. Prezident Kiyev, Donetsk, Çernihiv, Dnepr və digər bölgələrə də hücumlar edildiyini bildirib.
Ötən gecə Rusiya ordusu Xarkova da raket zərbəsi endirib.
A.Məmmədli