Əsas məzmuna keç

Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyənlərin sayı artıb

Son illər ərzində liderlərin Ukraynanın NATO-da olub-olmayacağını müzakirə etdiyi müddətdə ölkənin Alyansa üzvlüyünü açıq şəkildə dəstəkləyən səslərin sayı artıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bunun iki səbəbinin olduğunu bildirib. Onun sözlərinə görə, birinci səbəb Ukraynanın müdafiə-sənaye kompleksinin yüksək səviyyəsi, ikinci səbəb isə döyüş qabiliyyətli ordunun mövcudluğudur. Sitat: “Hər kəs vurğulayır ki, Ukraynanın müdafiə-sənaye kompleksi NATO səviyyəsindədir və artıq ən yaxşılardan biridir. Ordumuza, ölkəmizə və texnologiya şirkətlərimizə hamı hörmət edir və Ukrayna hesabına öz mövqelərini gücləndirmək istəyir”.

Rusiya mediası və xüsusən də Solovyov Ukraynanın NATO-ya üzvlüyünün dəstəklənməsini faciə adlandırır.

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…