Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


…Ukrayna cəbhəsində rus qoşunlarının çətin durumu barədə artıq Rusiyanın sosial media səhifələrində də yazılara rast gəlmək olur…
Dünəndən isə artıq Ukraynanın bir müddət əvvəl Sumı vilayətinin ərazisini işğal etmiş rus hərbçilərindən təmizlənmişdir. Şəhər özü də tam azad edilmişdir. Bu barədə Sumı vilayət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
Tezadlar.az xatırladır ki, artıq şəhərdə xilasedicilər Rusiya hərbçilərindən qalan sursatları zərərsizləşdirir. Aydınlaşdırılır ki, rayon ərazisi çoxlu sayda minalanıb və tədqiq olunmamış ərazilər olduğundan təhlükəsiz deyil. Jivitski yolun kənarına çəkilməməyi, meşə yollarından istifadə etməməyi və dağılmış avtomobillərə və ya rus dayanacaqlarına yaxınlaşmamağı tövsiyə edib.
Beləliklə, rus ordusu artıq Kiyevdən də xeyli böyük ərazilərdə geri çəkilməkdədir.
A.Məmmədli