Əsas məzmuna keç

ÜST KORONAVİRUSUN DAHA YOLUXUCU ŞTAMLARININ ORTAYA ÇIXACAĞINDAN NARAHATDIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştamlarının ortaya çıxacağını gözləyir.

Bunu ÜST-nin eksperti Mariya van Kerkxove təşkilatın “Twitter” səhifəsində yayımlanan sual-cavab seansında deyib.

“Koronavirusun daha çox variantının müəyyən ediləcəyini və daha yoluxucu olma ehtimalını gözləyirik”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu ştamlarda yoluxma xəstəliyin daha ağır gedişinə gətirib çıxarıb-şıxarmıyacağını mütəxəssislər hələ bilmir.

Bununla bağlı ekspert hələ peyvənd olunmayan hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…