18 Mart 2026 / 12:45

ÜST nüvə fəlakəti riski barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri ABŞ, İsrail və İran arasında münaqişənin daha da şiddətlənməsi riski fonunda mümkün nüvə fəlakətinə hazırlaşırlar.

Tezadlar.az xəbər verir ki, “Politico”nun məlumatına görə, ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi nüvə hadisəsinin ən pis ssenari olaraq qaldığını bildirib.

O, nəticələrin regiona və bütün dünyaya təsir edəcəyini və onilliklər ərzində hiss olunacağını vurğulayaraq qeyd edib: “Nə qədər hazırlaşsaq da, heç nə gələcək zərərin qarşısını ala bilməz”.

Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəllər nüvə silahının yayılmaması rejiminin taleyinin ciddi narahatlıq doğurduğunu bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!