Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çinin “Lonvi Biosciences” laboratoriyasının mütəxəssisləri insan ömrünü uzatmağa imkan verən yeni preparatın hazırlandığını açıqlayıblar.
Bu barədə “The New York Times” məlumat yayıb.
Həbin tərkibi üzüm çəyirdəyi ekstraktında olan birləşməyə əsaslanır. Alimlərin sözlərinə görə, dərman orqanizmdəki “zombi hüceyrələr” adlanan – bölünməsini dayandıran, lakin toxumalarda iltihaba səbəb olmağa davam edən qocalmış hüceyrələri məhv etməyə yönəlib.
“150 ilədək yaşamaq tamamilə realdır. Bir neçə ildən sonra bu, reallığa çevriləcək,” deyə, şirkət nümayəndələri bildiriblər.