Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2026 / 19:48

Vaşinqton Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

ABŞ və Azərbaycan arasındakı münasibətlər Vaşinqton üçün əsas prioritetdir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat brifinqində bildirib.

Orr deyib: “Cənubi Qafqaz regionunda yeni bir sülh dövrünü qarşılamağa çalışdığımız bir vaxtda ABŞ və Azərbaycan arasındakı münasibətlər ABŞ və Tramp administrasiyası üçün əsas prioritetdir.”

O qeyd edib ki, ABŞ və Azərbaycan fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas elementi olan ticarət, biznes və investisiya sahələrində ikitərəfli imkanları genişləndirməyə sadiqdirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!