Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Avqust 2025 / 09:15

Venesuela prezidentinin yerini deyənə 50 milyon dollar vəd edildi…

ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamenti Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumatlara görə 50 milyon dollar mükafat elan edib. Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ-ın Baş prokuroru Pamela Bondi özünün X sosial platformasında belə deyib. Sitat: “Bu gün ABŞ Ədliyyə Departamenti və Dövlət Departamenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumatlara görə 50 MİLYON dollar mükafat elan etdilər.”
Maduro beynəlxalq narkotik ticarəti, korrupsiya və insan haqlarının pozulmasında ittiham olunur. ABŞ əvvəllər onu sanksiya siyahısına daxil edib, həmçinin müxalifət lideri Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanıyıb.
Bondi deyib:  “Maduro xarici terror təşkilatlarından istifadə edir… ölkəmizə ölümcül narkotik və zorakılıq gətirmək üçün”.
Bondi ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin indiyədək Maduro və onun tərəfdaşları ilə əlaqəli 30 ton kokain və “Maduronun özü ilə əlaqəli təxminən 7 tona yaxın kokain ələ keçirdiyini, Venesuela və Meksikada yerləşən ölümcül kartellər üçün əsas gəlir mənbəyi olduğunu” söyləyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!