Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Yanvar 2026 / 19:10

Vergi borcu olan şirkətdə rəhbərlik yeniləndi

Külli miqdarda vergi borcu ilə üzləşən “Buta Elektroniks” MMC-nin qanuni təmsilçisi Ramil Əliyev vəzifəsindən azad olunub.

Tezadlar.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Digər qərarla şirkətə Anar Əsədullayev yeni qanuni təmsilçi təyin edilib.

Qeyd edək ki, “Buta Elektroniks” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin uzun müddətdir dövlət qarşısında yığılmış vergi borcu mövcuddur. Hazırda isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yüksək məbləğdə – 291 646.74 manat vergi borcu vardır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!