Əsas məzmuna keç

“Veysəloğlu Şirkətlər Qrupu” BANM-nın kampusunda “Araz”ın filialını açıb – FOTOLAR

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda “Araz” marketin yeni filialı açılıb.
Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib. Rektor vurğulayıb ki, marketin açılması tələbələrin ona müraciətləri əsasında baş tutub.
“Əziz tələbələrimiz!
Mənə etdiyiniz çoxsaylı müraciətlərinizdən sonra nəhayət ki, ali məktəbimizin kampusunda “Araz” marketin yeni filialı açılıb.  Bununla bağlı keçirilən tədbirdə “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov iştirak edib. “Araz” marketin yeni filialı tələbə və müəllim heyətinin, xüsusilə Tələbə Evində yaşayan tələbələrin gündəlik ehtiyaclarını daha rahat şəkildə ödəməsinə xidmət edəcək. Xeyirli olsun!”, – deyə rektor qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…