Əsas məzmuna keç

Viktor Osimhen “Konyaspor” oyununu da buraxacaq

“Qalatasaray”da hələ də zədəli olan Viktor Osimhen “Ayntrakt” dan sonra “Konyaspor” oyununu da buraxacaq. 

Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, nigeriyalı hücumçunun “Alanyaspor” oyununda meydana qayıdacağı, “Liverpul” və “Beşiktaş” oyunlarına tam hazır olacağı gözlənilir.

Nigeriya milli komandasında oynayarkən zədələnərək şəxsi təyyarə ilə İstanbula gətirilən Osimhen komanda ilə məşq edə bilmədiyi üçün Frankfurtdakı səfər oyununda heyətdən kənarda qalıb.

Jurnalist Yakup Çınar “YouTube” kanalında açıqlama verərək “Osimhenin “Konyaspor”la görüşdə də oynama ehtimalı yoxdur” deyib.

Osimhenin “Alanyaspor”la oyunda əvəzedici kimi meydana çıxacağı və “Liverpul” və “Beşiktaş” oyunlarına tam hazır olacağı gözlənilir. Çınar zədənin ciddi olmadığını, lakin futbolçunun riskə atılmaması lazım olduğunu vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…