Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasındakı oxşarlıqları vurğulayaraq, onların hər ikisinin Avropa İttifaqını (AB) bəyənmədiyini söylədi.
Tezadlar.az xəbər verir ki, TASS-ın məlumatına görə, o, bu açıqlamanı Serbiya Radio Televiziyasında verdi.
“Diplomatik olaraq desək, hər iki prezidentin AB-yə xüsusi bir sevgisi yoxdur. Həmçinin şübhəsiz ki, AB onların görüşünün qarşısını almaq üçün əlindən gələni edəcək”, – deyə o bildirib.
O, Rusiya və ABŞ prezidentlərinin Berinq boğazından keçən tunel və Arktikanın birgə inkişafı kimi layihələri müzakirə edərək “dünyanın fərqli xəritəsi” yaratmaq istədiklərinə inanır.
“İnanmıram ki, onlar yalnız Ukraynanı müzakirə edirlər”, – Vuçiç vurğulayıb.
Daha əvvəl Tramp Putinin yeni sanksiyaların Rusiyanın iqtisadi rifahına əhəmiyyətli dərəcədə təsir etməyəcəyi barədə açıqlamasına cavab vermişdi.
“Onun belə düşündüyünə şadam. Altı aydan sonra görəcəyik”, – deyə Amerika lideri bildirib.
E.ŞİRİNOV







