27 May 2022 / 07:08

XƏLİL RZANIN XANIMI BU DÜNYADAN XƏLİL RZA DÜNYASINA KÖÇDÜ

…90-cı illərin Azadlıq hərakatının özündə gedən, Lefortovo zindanında yatan, amma Azərbaycançılıq yolundan dönməyən Milli Qəhrəman oğul atası… Xəlil Rza…
Bu gün isə Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk bu dünyadan Xəlil Rzanın, oğlu Təbrizin uyuduğu o dünyaya getdi…

Allah rəhmət eləsin! Xəlil Rza kimi alovlu şairi-həyat yoldaşını, Təbriz kimi oğlunu itirən ananın halını təsəvür etmək mümkün deyil…
Mən Təbriz Xəlilbəylinin şəhid olduğu gün Xəlil Rzanın evində yas mərasimində idim. Xəlil Rza ona başsağlığı verənlərə “Mənə başsağlığı və təsəlli verməyin… Təbriz Azərbaycanın-Vətənin oğlu idi!” deyirdi… 
Asif Mərzili

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!