Əsas məzmuna keç

XƏTAİ RAYONUNDAKI ŞIXLİNSKİ-37 ÜNVANDA BAŞ VERƏN YANĞIN SÖNDÜRÜLÜB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində (Neapol dairəsi) yerləşən

hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Sakinlərin tezadlar.az- a verdiyi məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğının səbəbi araşdırılır…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…