Əsas məzmuna keç

Xalq artisti Ramiz Quliyevin vəziyyəti barədə son məlumat

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır.

“Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə götürdülər. Hazırda vəziyyəti nisbətən stabildir”, – deyə Əyyub Quliyev bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…