Əsas məzmuna keç

XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEV “TƏZADLAR”IN QONAĞI OLDU- FOTO

Dünən Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “Şöhrət” və “Şərəf” Ordenli professor Çingiz Abdullayev “Təzadlar” qəzeti redaksiyasının qonağı oldu…

Xalq yazıçısı redaksiya əməkdaşlarının iş fəaliyyəti ilə tanış oldu, eləcə də “Təzadlar” qəzeti redaksiyasının bazasında yaradılmış və YouTube üzərindən yayımlanan “Tezadlar TV”nin studiyasındakı şəraiti izlədi, əməkdaşlarımıza eksklüziv müsahibə verdi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış və Ermənistan üzərindəki tarixi qələbəsindən danışan Professor Çingiz Abdullayev bundan sonra da düşmənə layiqli cavab verməyə hazır olan Ordumuzun qüdrətindən söhbət açdı… XAlq yazıçısı Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında məxsusi əməyi olan redaksiya əməkdaşlarına uğurlar dilədi. Sonra xatirə şəkli çəkildi.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…