Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran lideri Ayətullah Müctəba Xamenei ABŞ ilə Hörmüz boğazında davam edən gərginlik fonunda “İran donanmasının düşmənlərinə yeni məğlubiyyətlər verməyə hazır olduğunu” bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Xameneinin Ordu Günü münasibətilə yazılı bir açıqlamasında deyilir.
Açıqlamasında Xamenei ABŞ-İsrail hücumlarında həyatını itirən yüksək rütbəli ordu komandirlərini və əsgərlərini yad edərək, İran ordusunun “həm ABŞ-ın, həm Şah zülmündən sağ çıxanların, həm də İranı parçalamaq istəyən separatçıların xain planlarına qarşı durduğunu” və ölkənin ərazisini və ərazi sularını cəsarətlə müdafiə etdiyini bildirib.
ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə toxunan Xamenei deyib: “İran ordusu Silahlı Qüvvələrdəki yoldaşları ilə çiyin-çiyinə dayanaraq iki aparıcı küfr və təkəbbür ordusuna qarşı mübarizə aparır”.
Xamenei açıqlamasında deyib:
“Dronlar Amerika və sionist cinayətkarları ildırım sürəti ilə vurarkən, İranın cəsur donanması düşmənlərinə yeni məğlubiyyətlər verməyə hazırdır”.
E.ŞİRİNOV