16 Mart 2026 / 05:47

Xamenei oğlu Müctəbanın Ali Liderliyə yüksələcəyindən qorxurdu

İranın keçmiş ali lideri Əli Xamenei oğlu Müctəbanın hakimiyyətə gələcəyindən qorxurdu.

Tezadlar.az xəbər verir ki, bunu “CBS News” mənbələrə istinadən iddia edir.

“Böyük Xamenei… Müctəba Xameneinin yüksəlişindən qorxurdu, çünki mənbələr onun çox ağılsız və liderliyə yararsız hesab edildiyini deyirlər”, – məlumatda deyilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni Ali Liderinin həyatına şübhə ilə yanaşırdı.

14 martda İranın Rusiyadakı səfiri Kazem Cəlali İranın yeni liderinə qarşı sui-qəsd cəhdi halında ABŞ-ın qisasla üzləşəcəyini bildirib.

Daha sonra İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneinin sağlam olduğunu və vəziyyəti nəzarətdə saxladığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!