Əsas məzmuna keç

XARKOVDA 2 RUS TƏYYARƏSİ BELƏ MƏHV EDİLDİ- FOTO

Xarkov hərbi Komendatlığının rəhbəri Oleq Sinegubov bildirib ki, bu gün Ukrayna səmasında düşmənin iki təyyarəsi vurulub.

Tezadlar.az bildirir ki, bu barədə Sinegubov Telegram-da açıqlama verib. Sitat:: “Bu gün Ukrayna Silahlı Qüvvələrinin mobil bölmələri Xarkov vilayətinin yaşayış məntəqələrinə hücum edən 2 Rusiya təyyarəsini vurub. Biz gecə-gündüz Xarkov vilayətini müdafiə edən Ukrayna Silahlı Qüvvələrimizə inanırıq”.
 Qeyd d edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat mərkəzi bu məlumatı təsdiqləyib. Yəqin ki, söhbət Su-34 və ya Su-30 təyyarələrindən gedir.

CNN məlumat yayıb ki, Rusiya hərbi hava qüvvələri son vaxtlar intensiv olaraq ağır itki verməkdədir…

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…