Əsas məzmuna keç

XERSONDA UKRAYNAYA MƏXSUS MİQ-29 TƏYYARƏSİ VURULUB

Fevralın 3-də Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin qırıcıları Xerson vilayətində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurublar.

Tezadlar.az xəbər verir ki, idarənin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Çervonoarmeyski rayonunda vurulub.

Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə Xarkov vilayətinin Kotlyarovka, DXR-in Nikolski və Kirillovka, Xerson vilayətinin Kuzemovka və Kremennaya LPR və Hola Pristan ərazilərində 7 Ukrayna pilotsuz təyyarəsini vurub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…