Əsas məzmuna keç

Xəstələrin sayı artıb – dərman satışı ilə məşğul olanların gəliri ötən ildən 24,3% çoxalıb

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 424,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Tezadlar.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24,3% çoxdur.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Təkcə noyabr ayı ərzində əhali 138,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…