Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəzər Universiteti Qazaxıstanda keçirilən beynəlxalq ali təhsil forumunda təmsil olunur.
Tezadlar.az xəbər verir ki, Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin dekanı Dr. Dilarə Rasulova 11–14 iyun tarixlərində Qazaxıstanda keçirilən “Impact-Driven Universities: Education, Leadership and Societal Challenge” Mərkəzi Asiya Regional Konfransında iştirak edib.
Dr. Dilarə Rasulova forum çərçivəsində təşkil olunan “The Rise of Central Asia: A New Voice in Global Higher Education” panelində çıxış edərək Azərbaycanın ali təhsil sistemi və özəl universitetlərin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb. O, Xəzər Universitetində təhsil keyfiyyətinin artırılması, sənaye–universitet əməkdaşlığının gücləndirilməsi, tələbəyönümlü təşəbbüslərin genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların inkişafı istiqamətində həyata keçirilən innovativ layihə və təcrübələrdən bəhs edib. Çıxışı zamanı universitetlərin yalnız təhsil verən qurumlar deyil, həm də cəmiyyətin sosial-iqtisadi inkişafına töhfə verən və dəyişikliklərə təkan verən strateji institutlar kimi rolunu vurğulayıb.
Panelədə həmtəsisçisi və prezidenti Assylbek Kozhakhmetov, American University of Central Asia-nın vitse-prezidenti Chynara Ryskulova və McGill University-nin assistent professoru Emma Harden Wolfson iştirak ediblər. Panel iştirakçıları təmsil etdikləri ali təhsil müəssisələrinin təcrübələrini bölüşərək qlobal ali təhsildə yeni tendensiyalar və regional inkişaf imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Mərkəzi Asiyanın qlobal ali təhsil məkanında artan rolu, universitet idarəçiliyində innovativ yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları və ali təhsilin cəmiyyət qarşısında duran çağırışların həllindəki əhəmiyyəti geniş şəkildə müzakirə olunub.