Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şərqi Qazaxıstanda gənclər komandasının qapıçısının ölümünə görə xokkeyçi üç il həbs cəzasına məhkum edilib.
Tezadlar.az kazpravda.kz-a istinadən xəbər verir ki, Şərqi Qazaxıstan Vilayət Məhkəməsinin apellyasiya instansiyası Ust-Kamenoqorsk rayonlararası Cinayət Məhkəməsinin hökmünü ləğv edərək Ust-Kamenoqorsk xokkey klubunun oyunçusunu üç il həbs cəzasına məhkum edib.
Vilayət məhkəməsinin yaydığı məlumata görə, cinayət işləri üzrə kollegiya oyunçunu QR Cinayət Məcəlləsinin 389-cu maddəsinin 4-cü hissəsi (ağır nəticələrə səbəb olan özbaşınalıq) ilə təqsirli bilib.
Həbs cəzasına əlavə olaraq, mərhum oyunçunun valideynlərinə mənəvi ziyana görə 20 milyon tenge təzminat təyin edilib.
İş materiallarına görə, 2 avqust 2024-cü ildə məşqdən sonra xokkeyçi idman arenasında gənclər komandasının qapıçısı ilə görüşüb, onun boynundan tutub və məişət texnikası üçün pul tələb etməyə başlayıb. Gənc oğlanın boynunu yenidən sıxdıqdan sonra şahidlər onları ayırıblar, lakin qapıçı huşunu itirib.
Məhkəmənin qərarında deyilir: “Gənc oğlan boyun refleksogen zonasına qapalı küt travma alıb, bu da refleks ürək dayanmasına və sonradan ölümə səbəb olub”.
Birinci instansiya məhkəməsi aqressiv idmançının hərəkətlərini səhlənkarlıqdan ölümə səbəb kimi təsnif edib və onu “Qazaxıstan Respublikası Konstitusiyasının 30-cu ildönümü ilə əlaqədar Amnistiya haqqında” qanuna uyğun olaraq cəzadan azad edib.
Prokurorun vəsatəti, eyni zamanda zərərçəkənlərin və onların nümayəndələrinin şikayətlərindən sonra, qərarlar faktiki hallara uyğun gəlmədiyi üçün işə apellyasiya məhkəməsi tərəfindən baxılıb.
***
Qeyd edək ki, daha əvvəl Qazaxıstan mətbuatında yayılan məlumata görə, 2 avqust 2024-cü ildə “Torpedo” (Ust-Kamenoqorsk) gənclər komandasının qapıçısı İvan Pılenok vəfat edib. O zaman onun 19 yaşı olub. Gənc qapıçı Pılenok 2022-23 mövsümündə əsas komandada iki oyun keçirib.
Əvvəlcə Klub Pılenokun Buz İdman Sarayında xəstələndiyini bildirib. Həkimlər və işçilər ilk tibbi yardım göstərərək təcili yardım çağırıblar, lakinə o, xəstəxanada ölüb.
Pılenok ailənini tək övladı olub. Dörd yaşından bəri xokkey oynayıb. Bütün qısa karyerasını doğma klubunda keçirib.
Daha sonra isə Qazaxıstan KİV-də Pılenokun ölümündən əvvəl Rusiya “Torpedo”sunun hücumçusu Andrey Laqunovla qarşıdurmasını və daha sonra onun yerə yıxılmasını özündə əks etdirən videosu yayılıb.
JASMİN