Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.
“OptaJose” nəşrinin xəbərinə görə, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda “Malyorka”nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.
Fransalı forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, Benzema 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə verib ki, bu da XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. O, bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.
Qeyd edək ki, “Real Madrid” 16 xalla turnir cədvəlinə başçılıq edir.
E.ŞİRİNOV