Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/6
…Yağış- təbiətin yer üzərinə bəxş etdiyi nemət, Tanrının bərəkətidir!
Yağış dağlarda bulaqdır, meşədir, düzənlərdə otlaqdır, bağ- bostandır, çörəkdir- taxıldır, heyvandarlıqdır…
Yağış-Bakıda isə gölməçədir, yollarda tıxacdır, avtomobillərin sulara qərq olunmasıdır, həyətlərə su dolmasıdır…
Niyə? Dağlıq ərazilərdəki seli başa düşdük, bəs şəhərsalma prinsiplərinə ciddi əməl olunmaqla salınan qəsəbələr, kəndlər, magistral yollar niyə sel sularına təslim olmalıdır?
Bu gün “Təzadlar”ın foto və videokameraları avtomobil yollarındakı vəziyyəti qeydə alıb.
Aşağıdakı reportaj Müşfiqabad- Sulutəpə magistralındakı vəziyyətə aiddir. Sadəcə, bir suala cavab istərdik: yol çəkəndə çökəklikdən keçən hissədə yolun yağış sularına təslim olmaması üçün nələr nəzərdə tutulur? Niyə yolçəkənlər büdcədən pul çəkəndə həm də düşünmürlər ki, çökək ətazilərin relyefi üçün drenajlar mütləq qurulmalıdır, su ötürücü sistem işləməlidir!
Sitatın sonu!
A.Məmmədli