16 May 2026 / 09:25

Bu iki mücahidin anım günüdür: XATIRLAYAQ!

… 1992-ci ilə qədər Türkiyədə gizli fəaliyyət göstərən Müsavat Partiyasının Baş Katibi, Rəsulzadənin yaratdığı Azərbaycan Milli Mərkəzinin rəhbəri və onun silahdaşı Əhməd Qaracanın və Azadlıq və Müstəqillik mücahidi, Milli Azadlıq Qərargahının sədri yazıçı müəlim Oktay Eldəgəzin vəfat günlərdir.
Qeyd edim ki, Əhməd Qaraca 1992-ci ildə isə Bakıda Müsavat Partiyasının III Bərpa Qurultayında digər siladaşı Məhəmməd Kəngərli ilə iştirak edib. Məhz Onlar təşkilata rəhbərlik estafetini Azərbaycan Respublikasının Bakıda yerləşən Müsavat əqidəli siyasətçilərinə təhvil vermişdilər.
Ə.Qaraca əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşularaq M.Ə.Rəsulzadənin yaxın əqidə dostlarından biri olub. Hətda həmin illərdə M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində təşkilati fəallıq göstərmiş, “Azərbaycan” jurnalının baş yazarlığını edib..
Bundan başqa Əhməd Qaraca keçən əsrin 60-80-ci illərində Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında daima ifşa etmiş, ona qarşı çoxlu sayda tədbirlərin təşkilatçısı olub.
Ə.Qaracanı yazıçı kimi də tanıyırlar. Azərbaycanın mədəniyyəti, tarixi, siyasəti, çağdaş durumu ilə bağlı dəyərli əsərlərin də müəllifidir.
IMG
O, ayrı-ayrı vaxtlarda Türkiyədə mühacirətdə olan Müsavat Partiyasının Divan üzvü və Baş katibi olaraq kommunist-rus işğalına qarşı verilən milli mücadilənin içərisində olmaqla həyatını bu yola həsr edib..
Oktay Eldəgəzi isə gənc nəsil mütləq tanımalıdır. Daha doğrusu tanımağa borcludur.! Tanımağa borcludur ona görə ki, o qorxulu illərdə silahdaşları ilə birlikdə Azərbaycanı bizlərə tanıdan, onun üçün vuruşmağı öyrədən həm inqilabçı, həm yazıçı şair və həm də tarixçi alim, bayraq insan olub. Oktay Eldəgəz alim kimi alim, inqilabçı kimi məğrur, əvəzolunmaz şəxsiyyətlərimizdəndir.
O vaxt MAQ üzvləri Azneftin qabağındakı nardaranlı Zülfünün çayxanasında toplaşardılar. Bu təşkilatda dövrün görkəmli ziyalıları Famil Mehdi, Abbas Abdulla, Osman Sarıvəlli, Hüseyn Arif, Yusif Vəliyev, Əlisöhbət Sumbatzadə, Ələviyyə Babayeva, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Yusif Məmmədəliyev, Şıxəli Qurbanov kimi tanınmış ziyalılar çalışırdılar. Məqsəd təşkilat, idarə və müəssisələrdə, daha yuxarı dövlət srukturlarında azərbaycanlı kadrların yerləşməsi idi. Dil məsələsi də bu mübarizənin əsas qayəsini təşkil edirdi. Rus dilinin az qala ikinci dövlət dili kimi təbliq olunması acı həqiqətlərdən idi. O dövrdə bunu etmək və belə bir şəraitdə fəaliyyət göstərmək bilirsizmi nə demək idi?! Məhz bu MAQın üzvləri olan bu şəxslər SSRİ dövründə onun əleyhinə gizli təbliğat aparmaqla xalqımızın azad, müstəqil dövlətçiliyə malik olması üçün mübarizə aparmışdılar. Hətda elə bir zaman yetişdi ki, bu təşkilat Azərbaycanın 14 bölgəsinin idarəçiliyinə tam nəzarət edirdi. Belə bir təşkilata isə ancaq Oktay Eldəgəz kimi qorxmaz insan rəhbərlik edə bilərdi. Qeyd edim ki, o vaxt MAQ adını xalq şairi Osman Sarıvəlli Oktay Eldəgəzə təklif etmişdi. Eldəgəzin rəhbərlik etdiyi MAQ-ın üzvləri:
1. Xudu Məmmədov – birinci müavin,
2. Yusif Məmmədəliyev – akademik, elmi məsələlər üzrə müavin,
3. Əlisöhbət Sumbatzadə – akademik,
4. Sadıq Rəhimov – 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
5. Hüseyn Arif – şair,
6. Əsədulla Qurbanov – professor,
7. Bəxtiyar Vahabzadə – xalq şairi,
8. Yusif Vəliyev – xalq artisti,
9. Rüstəm Səfərəliyev – dövlət xadimi,
10. Bəxtiyar Məmmədov – məşhur neftçi.
Mənim “Təzadlar” qəzetindəki aşağıdakı yazımda onun özü və təşkilatı haqqında daha geniş şəkildə məlumatlana bilərsiz.
Baba Allahnəzərov,
Tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!