2025-ci ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 247,2 milyon manat kredit verilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankınının (AMB) məlumatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% azdır.
Təkcə iyulda isə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 14,3 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 71,4% azdır.

