YAP Yasamla Rayon Təşkilatında 8 Mart  – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi və mükafatlandırma tədbiri keçirilib – FOTOLAR

8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu ‘Zərif Duyğular ” adlı sərgi YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə təşkil olundu.

Tezadlar.az  xəbər verir ki, sərgidə 150 müxtəlif yaş qrupundan olan rəssamlar iştirak edirdilər. Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə  sərgidə iştirak edən xanımları təbrik edib, xoşbəxtlik arzulayıb sözü  Beynəlxalq Qalereyanın  direktoru Elnurə İsgəndərovaya verdi.

Elnurə xanım çıxışında Azərbaycan xanımlarının fədakarlığından söz açıb  rəssam xanımları, tədbirə dəvətli olan xanım media nümayəndələrini  təbrik edib  hər birinə can sağlığı və uğurlar arzuladı .  Sərgidə iştirak edən rəssamlar Fəxri Fərmanlar və Plaketlərlə təltif olundular. Sonda xatirə şəkilləri çəkildi.

Qeyd edək ki, “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədli də YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereya tərəfindən “Fəxri  Fərman” və Plaketlə təltif olunub.

JASMİN

Xəbəri paylaş

Xəbər lenti