6 İyun 2026 / 08:51

Yaponiya nafta idxalını 80%-ə qədər bərpa edib

Yaponiya şirkətləri neft-kimya sənayesində əsas komponent olan naftanın idxal həcmini ABŞ-İran münaqişəsindən əvvəlki səviyyənin 80%-nə qaytara biliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Nikkei Asia” qəzeti “Kpler” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumatlara görə, Yaponiya şirkətləri may ayında təxminən 1,05 milyon ton nafta idxal ediblər ki, bu da 2025-ci il üçün aylıq orta göstəricinin təxminən 78%-ni təşkil edir.

Nəşrin qeyd etdiyi kimi, ABŞ da daxil olmaqla alternativ təchizatçılar idxal həcmlərinin bərpasına kömək edib. Bundan əlavə, bəzi tankerlər Hörmüz boğazından keçərək Fars körfəzindən Asiyaya gedə biliblər.

Lakin qiymətlər ABŞ-İran münaqişəsindən əvvəlkindən 30% yüksək olaraq qalır. Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının sədri Kosiro Kudonun sözlərinə görə, yüksək qiymətlər bir müddət davam edəcək.

Nafta təchizatındakı problemlər səbəbindən Yaponiyadakı əsas kimyəvi maddələr istehsalçıları istehsalı azaltmaq məcburiyyətində qalıblar. Mart və aprel aylarında Yaponiyada etilen zavodlarının istifadə nisbəti rekord səviyyədə – 60-70%-ə düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!