Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 08:16

Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə 1 milyard dollar sərmayə qoyacaq

Yaponiya və ABŞ beş il ərzində elmdə süni intellektin inkişafına birlikdə 1 milyard dollar sərmayə qoymaq barədə razılığa gəliblər.

Tezadlar.az bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.

Onun sözlərinə görə, söhbət süni intellekt və elmi tədqiqatlar sahəsində Yaponiya və Amerika proqramlarının inteqrasiyasına yönəlmiş strateji tərəfdaşlıqdan gedir.

M.Kihara qeyd edib ki, müqaviləyə genişmiqyaslı birgə tədqiqat, inkişaf, eləcə də hesablama infrastrukturunun gücləndirilməsi və hesablama resurslarının paylaşılması daxildir.

O əlavə edib ki, əməkdaşlıq həmçinin kvant texnologiyaları, termonüvə sintezi, biotexnologiya və kritik materialların inkişafını da əhatə edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!