9 İyun 2026 / 10:02

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Yaponiyanın dəniz özünümüdafiə qüvvələri ikitərəfli münasibətlərə mənfi təsir göstərən 2018-ci il radar şüalanması hadisəsindən sonra ilk dəfə Cənubi Koreya hərbi dəniz qüvvələri ilə birgə axtarış-xilasetmə təlimi keçirib.

Tezadlar.az AZƏRTAC-a istinadla xəbər verir ki, gəmi yanğınları ilə mübarizə aparmaq məqsədi daşıyan təlim Yaponiyanın cənub-qərbindəki Naqasaki prefekturası adalar yaxınlığında keçirilib. Təlimdə “Aegis” radar sistemi ilə təchiz olunmuş yapon esminesi və patrul helikopteri, eləcə də Cənubi Koreya desant gəmisi iştirak edib.

Qeyd edək ki, iki ölkənin ortaq hərbi dəniz təlimləri 1999-cu ildən keçirilir. Sonuncu təlim 2017-ci ildə təşkil olunub. Ondan bir il sonra Cənubi Koreya esminesinin Yaponiya patrul təyyarəsinə radar şüalanması yönəltməsindən sonra ikitərəfli əlaqələr pisləşib və ortaq hərbi dəniz təlimlərinə ara verilib. Cənubi Koreya tərəfi həmin hadisəni yapon təyyarəsinin Cənubi Koreya hərbi gəmisi üzərindən qeyri-adi dərəcədə aşağı hündürlükdə uçuş etməsi ilə əlaqələndirib.

Cari ilin yanvarında müdafiə nazirlərinin danışıqlarında təlimləri bərpa etmək barədə razılıq ədlə olunub. Ötən ay Sinqapurda keçirilən Şanqri-La Təhlükəsizlik Dialoqu çərçivəsində keçirilən ikitərəfli danışıqlarının növbəti mərhələsi zamanı təlimlərin cədvəli açıqlanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!